Yuxarı

Bakıda satışa çıxarılan ən bahalı 5 villa - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və ölkəmizin müxtəlif bölgələrində bahalı evlər, villalar mütəmadi olaraq satışa çıxarılır.

Axar.az bina.az saytında satışa çıxarılmış ən bahalı 5 villanı təqdim edir.

1. 8 mikrorayonda yerləşən bu villanın (birinci və ikinci foto) 5 yataq otağı, 2 bilyard zalı, saunası, hovuzu, qrajı, manqalı, təndirxanası və meyvə bağı var. Aprelin 17-də satışa çıxarılmış villaya 5 milyon 800 min manat qiymət qoyulub.

2. Şüvəlanda "Mayak Beach"in yaxınlığında yerləşən 3 mərtəbəli dəniz mənzərəli lüks villa (3-cü və 4-cü foto) fərdi arxitektur layihə əsasında insa edilib, estetik cəhətdən cəlbedicidir, modern elementləri ilə zəngin klassik üslubda daxili bəzək işləmələri və dizaynı var, xaricdən gətirilmiş ekskluziv mebellər və ipək xalçalarla bəzədilib. Qiyməti 5 milyon 650 min manat olan villa aprelin 19-da satışa çıxarılsa da, hələ satılmayıb.

3. Yasamal rayonundakı bu villanın (5-ci foto) qiyməti 5 milyon 500 min manatdır. 20 otaqdan ibarət olan ev mayın 10-da satışa çıxarılıb. Evə Həsən Əliyev küçəsi və Tiflis prospekti tərəfdən giriş var.

4. "Milyonerlər məhəlləsi"ndəki bu villanın (6-cı foto) layihəsini xüsusi landşaft mütəxəssisi işləyib, 20 sotun içində tikilib ev 1500 kvadratdır. Bahalı və ekzotik ağaclar, bitkilər, manqalxana, hovuz, cakkuzi, trenajor zalı, 2 növ sauna var. 5 milyon manat qiymət qoyulan villa mayın 9-dan satışa çıxarılıb.

5. Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən 5 mərtəbəli villada 7 yataq otağı, 1 ofis, 1 ev teatrı, bilyard otağı, 3 növ sauna, hovuz var. Villa bahalı italyan mebeli ilə təchiz olunub. Dəyəri 4 milyon 990 min manat olan villa mayın 1-dən satışdadır.

Tarix
2017.05.15 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə konsulluq xidmətini Tehrandan Bakıya göndərir

Xameneiyə sui-qəsd İsrailə baha başa gələr - 3 səbəb

İlham Əliyevin Türkiyəyə səfərindən görüntülər - Video

600 vətəndaşımız İrandan keçid üçün müraciət etdi

Tehran dəyərləndirdi: Netanyahu uğur qazandı, amma…

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi - Foto

İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?

Paşinyanın Rusiyaya bu sözü Solovyovu dəli elədi…

Qarabağ bərpa və inkişaf meydançasıdır - Ərdoğan

Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla