Yuxarı

Cocuq Mərcanlıda 26 partlamamış sursat tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cocuq Mərcanlıda 26 partlamamış sursat tapıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 17-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1504 qəlpə, 26 partlamamış hərbi sursat (1 ədəd 30 millimetrlik silah qumbarası “VOQ-17”, 25 ədəd 82 millimetrlik minaatan mərmisinin partladıcı başlığı “M-6IÇ”) və 49 tank əleyhinə “TM-57” minasının partladıcısı “MVZ-57” aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə, 27 min 324 kvadratmetr (2,73 hektar) ərazi tam təmizlənib, 32 min 500 kvadratmetr (3,25 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

ANAMA-dan Axar.az-a bildiriblər ki, 85 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Altmış yeddi partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 1 milyon 990 min 910 kvadratmetr (199,09 hektar) ərazi tam təmizlənmiş, 958 min 640 kvadratmetr (95,86 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Tarix
2017.05.18 / 00:17
Müəllif
Axar.az
Digər xəbərlər

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla