Yuxarı

Pullu xidmətlər muzeylərə necə təsir edəcək? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pullu xidmətlər muzeylərə necə təsir edəcək?  - Ekspert

Bu addımla muzeylərin müəyyən gəlir mənbələri yaranır. Bu da muzeylərin özünü maliyyələşdirməyə keçən əsas addımlardan biri kimi dəyərləndirilməlidir.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının muzeylərində giriş və müəyyən olunmuş fəalliyyətlərə məbləğlərin təyin edilməsi ilə bağlı fikirlərini Axar.az-a şərh edərkən iqtisadçı Natiq Cəfərli deyib.

“Bu addımın atılmasının əsas məqsədlərindən biri özünü maliyyələşdirmək, qazancının kifayət qədər artırılmasına çalışmaqdır. Bu təbii bir haldır, çünki uzun zamandır ki, muzeylər ölkəmizdə dövlətdən dotasiya hesabına fəaliyyət göstərirdirlər. Əlavə vəsait əldə etdikcə muzeyin material bazasının genişləndirməsi, əlavə eksponatların əldə edilməsi, muzeyin cari təmir xərclərini ödəmək, muzey əməkdaşlarının gələcəkdə əmək haqlarının artırılması üçün kifayət işlər görüləcək. Sadəcə Azərbaycanda muzey işinin daha məşhur olması, həm ölkə əhalisi, həm turistlərin muzeylərə cəlb olunması üçün tanıtım çarxlarına, reklam roliklərinə, ciddi reklam işlərinə ehtiyac var. Çünki Azərbaycanda muzeylərə getmək o qədər də məşhur deyil. Bunu normal bir hala gətimək lazımdır. Pullu xidmətlərdən əlavə olaraq da, daha cəlbedici, insanların marağına səbəb olacaq proqramların yaradılmasına da ehtiyac var. Xarici ölkələrdə elə muzeylər var ki, ora daxil olmaq üçün saatlarla növbə gözlənilir. Amma Azərbaycanda bir çox muzeyin günlərlə qapısını açan olmur. Bu cəlbediciliyi artırmaq lazımdır ki, pullu xidmətlərin tətbiqi ilə muzeylərin iqtisadi inkişafı və müstəqilliyi yaransın”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının muzeylərinə pullu giriş və fondlardakı sənədlərin və şəkillərin surətlərinin çıxarılması və başqa xidmətlər üzrə müəyyən edilmiş xidmət haqlarının siyahısı hazırlanıb.

Tarix
2017.07.26 / 08:45
Müəllif
Nübar Lətifli
Digər xəbərlər

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla