Yuxarı

Bakı 10 il sonra belə olacaq - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Böyük Bakı" layihəsi üzrə görüləcək işlər bir neçə inkişaf mərhələsinə bölünüb.

Bu barədə layihənin əlaqələndiricisi, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov AzərTAc-a deyib.

İnstitut direktoru bildirib ki, 2014-2015-ci illəri əhatə edən birinci mərhələ çoxmərkəzli inkişafa hazırlıqla bağlıdır. Buraya konkret layihələr üzrə hazırlıqların görülməsi, yerli iqtisadi inkişafın qiymətləndirilməsi qruplarının yaradılması, planlaşdırma işinin daha mütəşəkkil təşkili və s. daxildir.

"2015- 2020-ci illərdə isə üstünlük çoxmərkəzli inkişafa veriləcək", - deyən İ.İsbatovun sözlərinə görə, bu illərdə hüquq və maliyyə yardımı vasitəsilə yerli inkişafın dəstəklənməsi, yerli planlaşdırma ilə əlaqədar olaraq görüləcək işlərin müəyyən olunması, ətraf ərazilərlə nəqliyyat əlaqəsinin tam təmin edilməsi və digər məsələlərin həlli nəzərdə tutulub.

Növbəti 2020-2025-ci illər isə çoxmərkəzli inkişafın tam formalaşması və tarazlı inkişafa keçid dövrü olacaq. Belə ki, "Böyük Bakı" layihəsinin inkişafının bu mərhələsində cənub sahilyanı ərazilərdə irimiqyaslı investisiya layihələrinin tamamlanması, Abşeron yarımadasında və cənub sahilyanı ərazilərdə əhalinin mənzil və sosial tələbatlarının ödənilməsi, mərkəzi biznes rayonunun ətrafında iki alt mərkəzin yaradılması və s. planlaşdırılıb.

İnstitut direktoru qeyd edib ki, layihəyə əsasən son mərhələdə - 2025-2030-cu illərdə tarazlı inkişafa nail olunacaq. Şimal-qərb, Qərb, Cənub –qərb hissədə müvafiq olaraq iqtisadi, regional və mərkəzi inkişaf vektoru yaradılacaq.

Həmçinin "Böyük Bakı" ərazisinin mərkəzində yüksək səviyyəyə malik Mərkəzi Biznes rayonunun (MBR) təşkili nəzərdə tutulub.

Tarix
2014.06.29 / 14:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla