Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov "Ən
fəal və ən yaxşı rektor" seçilib.
"Ən fəal və ən yaxşı rektor" sosial sorğusunda Bakı Dövlət
Universitetinin rektoru Abel Məhərrəmov qalib gəlib.
Facebook sosial şəbəkəsinin geniş əhatəli səhifələrindən olan
119 minlik "Azerbaycan Universitetləri"ndə ilin ən yaxşı rektoru
sorğusu başa çatıb. Sorğunun ilkin mərhələsində 48 rektordan 10
rektor müəyyən olunub və sorğuda ilk yeri Bakı Dövlət
Universitetinin rektoru Abel Məhərrəmov tutub. Sonradan sorğunun
ikinci mərhləsinə start verilib. 10-luqdakı rektorlar arasında
yarış başlayıb və nəhayt 2013/2014 mövsümünün facebook sosial
şəbəkəsində "tələbələr arasında adı ən çox hallanan ən fəal və ən
yaxşı rektor" sosial sorğusunda Bakı Dövlət Universitetinin rektoru
Abel Məhərrəmov qalib gəlib. 2500-dən çox tələbənin verdiyi səslərə
əsasən:
1. Abel Məhərrəmov (BDU rektoru) - 605 səs
2. Ədalət Muradov (ADİU rektoru) - 487 səs
3. Aqiyə Naxçıvanlı (AMİ rektoru) - 441 səs
4. Səməd Seyidov (ADU rektoru) - 325 səs
5. Ahmet Sanıç (Qafqaz rektoru) - 298 səs
6. Arif Paşayev (MAA rektoru) - 104 səs
7. Havar Məmmədov (AzTU rektoru) - 97 səs
8. Kamal Abdulla (BSU keçmiş rektoru) - 89 səs
9. Gülçöhrə Məmmədova (AzMİU rektoru) - 65 səs
10. İbrahim Cəfərov (ADAU rektoru) - 40 səs
Səsvermədə yalnız real profillərdən gələn səslər hesaba alınıb
və 1 nəfərdən yalnız 1 şərh qaydası ilə hesablanıb.
Teleqraf.com