Yuxarı

Qardaş bacısının olduğu evi yandırdı – Axar TV

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərxoş halda evə gələn qardaş bacısı və övladlarının olduğu mənzilə od vurub.

Axar.az xəbər verir ki, hadisə Binəqədi rayon Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi-3 saylı binanın 23-cü mənzilində baş verib. 1969-cu il təvəllüdlü Quliyev Təhməz sərxoş halda bacıları ilə birgə yaşadığı evə gəlib. Bu zaman mənzildə bacısı Quliyeva Ayna və onun övladları da olub. Təhməz evdəkilərin üzərinə qışqıraraq mənzili tərk etmələrini istəyib. Amma bacısı buna etiraz edib. Daha sonra sərxoş qardaş evi yandırıb və qaçıb. Bacısı və övladları mənzili tərk edə biliblər və heç bir xəsarət almayıblar.

Yanğının böyüməsinin qarşısını qonşular ala biliblər. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüblər.

Hadisəni araşdıran Binəqədi rayon polisi sərxoş qardaşla bağlı ölçünü ekspertizanın rəyindən sonra götürəcəklər.

İşdə olan böyük bacı Validə Quliyeva hadisədən qonşuları vasitəsilə xəbər tutub. O, bizimlə söhbətində qardaşının tez-tez sərxoş halda evə gəldiyini və dava saldığını dedi. Validə Quliyeva qardaşının ailəsinin içki üzündən dağıldığını da bildirdi.

Daha ətraflı təqdim edəcəyimiz süjetdə...

Tarix
2014.07.19 / 22:00
Müəllif
İlham, İsmi
Digər xəbərlər

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Kartavıx və Belousovun məhkəmələri keçiriləcək

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla