Yuxarı

Agentlik bu məhsullarla bağlı araşdırmaya başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Agentlik bu məhsullarla bağlı araşdırmaya başladı

Bir çox ölkələrdə bütün mağazalardan geri çağırılan “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulları ölkəmizdə satışda yoxdur, bu məhsullar qeydiyyata alınmayıb.

Bu barədə Axar.az-a Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən məlumat verilib. Bildirilib ki, artıq bir müddətdir beynəlxalq mediada Birləşmiş Krallıqda “Mars İrlandiya” şirkətinə məxsus iki məhsul zərərli bakteriyaların olması səbəbilə geri çağırılıb.

Bu ildən yaranmış Qida Təhlükəsizliyi Agentliyi vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə “Mars İrlandiya” şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsullarının hansı çeşiddə və sayda idxal olması ilə bağlı araşdırmalara başlayıb.

Səhiyyə Nazirliyi Sanitariya-Karantin Müfəttişliyindən Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə bu qida məhsulları qurumda qeydiyyata alınmayıb.

Həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Agentliyə bildirilib ki, 2017-ci il ərzində adı çəkilən şirkətə məxsus olan hər hansı yükün, o cümlədən “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsullarının idxalı ilə bağlı quruma heç bir müraciət daxil olmayıb və idxala rəy verilməyib.

Aparılmış araşdırmaların nəticəsi olaraq satışdan götürülən “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulları ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilib.

Buna baxmayaraq, istehlakçıların satış nöqtələri, ictimai iaşə yerləri, ticarət obyektlərində adı çəkilən qida məhsullarına rast gəldikləri halda Qida Təhlükəsizliyi Agentliyinin (012) 565-12-72 və ya (012) 565-12-82 (daxili: 249) nömrələrinə məlumat vermələri xahiş olunur.

Tarix
2018.02.01 / 11:54
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla