Yuxarı

“Gilan Holding” mükafat aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda gənclərin məşğulluğunun artırılması məqsədilə aparılan işlərə dəstək göstərən “Gilan Holding” ADA Universitetində keçirilən Karyera günlərində iştirak edib.

APA-nın məlumatına görə, karyera sərgisində “Gilan Holding” işə qəbul şöbəsinin əməkdaşları ilə təmsil olunub. Tələbələrə iş üçün müraciət etmək imkanı yaradılıb.

“Gilan Holding” təhsil müəssisənin tələbə və məzunları üçün təqdimatlar edərək məşğulluq bazarı barədə məlumat veriblər, uğurlu karyera qurmaq barədə fikirlərini paylaşıblar.

Karyera günlərində iştirak edən “Gilan Holding” ADA Universiteti tərəfindən "Ən aktiv işəgötürən" nominasiyasında mükafata layiq görülüb. Mükafatı ADA Universitetinin rektoru, professor Hafiz Paşayev təqdim edib. Mükafatı qəbul edən “Gilan Holding” insan resursları departamentinin direktoru Allahverdi Bağırov "Ən aktiv işəgötürən" nominasiyasına layiq gördüklərinə görə Hafiz Paşayevə təşəkkür edib. A.Bağırov artıq bir neçə il istər ADA, istər digər universitetlərin məzunlarının holdinqdə işlə təmin edildiyini xatırladaraq gələcəkdə də karyera sərgilərində aktiv iştirak edəcəklərini qeyd edib.

Qeyd edək ki, “Gilan Holding” ADA Universitetində karyera yarmarkasında, eləcə də Bakı Ali Neft Məktəbi (BANM) və ASAN xidmətin ASAN Könüllülük Məktəbinin birgə əməkdaşlığı çərçivəsində martın 1-də keçiriləcək I Karyera sərgisində iştirak edib.

Bundan əlavə, “Gilan Holding” martın 10-da Qərb Universitetində keçiriləcək Karyera yarmarkasında da iştirak edəcək.

Bu sərgi və yarmarkalarda “Gilan Holding” gənc namizədlərlə ünsiyyət quracaq, onlara vakansiyalar haqqında məlumat verəcək, suallarını cavablandıracaq və özü üçün potensial kadrları seçəcək.

“Gilan Holding” daim gənclərin işlə təmin olunması üçün atılan addımları dəstəkləyir və bu işlərə öz töhfəsini verməyə çalışır.

Tarix
2018.03.05 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

Lavrovun səfəri: Kreml Paşinyandan bunu tələb edir

Ukrayna xarici işlər naziri Bakıya gəlir

İlbər Ortaylıdan etiraf: Biz azərbaycanlıları görmürdük

Orban Əliyev və digər liderlərə belə təşəkkür etdi - Video

Prezidentin X hesabında Budapeşt səfərindən video yayıldı

İsrail və Türkiyə Bakı görüşündən sonra "qaynar xətt" yaratdı

İlham Əliyevin Budapeşt səfəri başa çatdı

Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan

Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?

İtaliyalı general Bakıda HDQ-ni ziyarət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla