Azərbaycanda fəaliyyət göstərən ilk internet televiziyalardan biri “Kanal24”-ün yaranmasından 6 il keçir.
Axar.az xəbər verir ki, 2012-ci ilin mart ayının 16-da fəaliyyətə başlan inernet televiziya yayımını Yutub üzərindən edir. Əsasən sosial məsələləri işıqlandıran “Kanal24” ölkə və dünya gündəmində baş verən son hadisələri izləyicilərinə obyektiv və operativ şəkildə çatdırır.
“Kanal24” həmçinin “kanal24.az” saytı ilə də (sayt 2012-ci il 10 martda yaranıb) oxucuları məlumatlandrır. Bu media orqanı dövlət və hökumət strukturları ilə səmərəli əməkdaşlıq edərək ölkədə və dünyada baş verən hadisələri 4 dildə - Azərbaycan, ingilis, rus və ivrit dillərində yayımlayır.
“Kanal-24”-ün sosial şəbəkələrdə də aktiv səhifələri və izləyiciləri var. Bu gün də ən çox izlənilən internet televiziya olaraq reytinqdə ilk sıraları tutur.
Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla yanaşı “Kanal24” Azərbaycan-İsrail dostluğunun da möhkəmləməsində xüsusi rola malikdir. Çünki kanal hər iki ölkə arasındakı əməkdaşlıqda bir körpü rolunu oynamaqla əlaqlərin inkişafına töhfə verir.