Yuxarı

Maaşların leqallaşması buna xidmət edir - Hüquqşünas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maaşların leqallaşması buna xidmət edir - Hüquqşünas

Zaqatala rayonunda Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlim keçirilib.

Axar.az xəbər verir ki, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.

Təlim zamanı əmək müqaviləsinin mahiyyəti, xidməti müqavilədən fərqli cəhətləri, onun necə bağlanması və xitam verilməsi, hüquqi qüvvəyə minməsi, əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində baxılması, hesablanmış əməkhaqqından gəlir vergisinin və sosial ayırmaların hesablanaraq tutulması və başqa məsələlərdən bəhs olunub.

Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, hüquqşünas Mobil Vəkiloğlu qeyd edib ki, əməkhaqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilib.

Sonda təlim iştirakçılarına “Əmək müqaviləsi: gələcəyə təminat” adlı maarifləndirici bukletlər paylanılıb.

Tarix
2018.08.27 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla