Yuxarı

Azərbaycanda yaralı ata yardım kampaniyası başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yaralı ata yardım kampaniyası başladı - Foto

İki gündür yol kənarında yaralı vəziyyətdə qalan ata könüllülər yardım edib.

Axar.az xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsindən məlumat yayıblar. Yaralı ata ilkin tibbi yardım göstərən könüllülər onu yük maşınına qoyaraq veterinara aparıblar.

Ancaq gənclər qeyd edir ki, atın müalicəsi üçün maddi yardıma ehtiyac var. Atın sağalması üçün əllərindən gələni edən könüllülər maddi yardım edilməsi üçün kömək istəyirlər.

Yardım etmək istəyən hər kəs (051) 394 01 07 (Aliyə) nömrələri ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, Bakı-Şamaxı şossesinin 80-ci kilometrliyində, Qobustan ərazisində, Ceyrankeçməz körpüsünün yanında yol kənarında olan atı vuran maşının sürücüsü qaçıb. Atın qabaq ayaqları sınıb və iki gündür ki, sözügedən ərazidə yaralı vəziyyətdə qalıb. Atın ayaqları sındığından yerindən tərpənə bilmir. Sakinlər bunun üçün bir neçə yerə müraciət etsələr də, bir tədbir görən yoxdur.

Tarix
2014.10.03 / 14:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

Şımkent-Bakı marşrutu bu sahədə əməkdaşlığı genişləndirəcək

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla