Yuxarı

Atatürk qurban bayramında nə edirdi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atatürk qurban bayramında nə edirdi?

Atatürkün xarakterinin bəzi spesifik cəhətlərini bilirikmi və onu nə dərəcədə tanıyırıq?

Axar.az Türkiyə dövlətinin banisi, böyük öndəri Mustafa Kamal Atatürkün sirli xüsusiyyəti barəsində məlumatı sizlərlə bölüşür:

Qurban kəsməyə icazə verməzdi

Atatürk səfər və səyahətləri zamanı onun üçün qurban kəsilməsini sevmirdi. İlk vaxtlardan buna etiraz etmir, ancaq onun üçün qurban kəsən zaman baxmırdı. Adətən belə durumlarda üzünü kənara çevirərdi. Sonradan isə ümumiyyətlə onun üçün qurban kəsməyə izn vermirdi. Tədbirlərdə qurban kəsilməsinin qarşısını alır, buna qarşı çıxırdı.

Qan görəndə halı pisləşirdi

Uzun müddət müharibələrdə iştirak etməsinə baxmayaraq, ən qəribə özəlliyi qana baxa bilməməsi idi. Müharibədən sonra isə ümumiyyətlə, qan görən zaman halı pisləşər, hətta özündən gedərdi.

Kəndlilərin dostu və müdafiəçisi idi

Bir kəndliyə çəkmək üçün qəzet parçasına bükülmüş tütün verirlər. Bu zaman kəndlinin əli yanır. Kəndli hirslənərək "bunu verin Mustafa Kamal özü çəksin" deyir. Bu hərəkətinə görə kəndlini məhkəməyə verirlər. Bunu eşidən Atatürk etiraz edir və bildirir:

"Onu məhkəməyə verməkdənsə, normal siqaret istehsal edin ki, kəndli də çəkə bilsin".

Mustafa Kamal bir dəfə millət vəkilləri ilə qatarla səfərə çıxır. Bələdçinin millət vəkillərindən qatara bilet pulu almamasına təəccüblənərək səbəbini soruşur. Bələdçi qatarın millət vəkilləri üçün havayı olduğunu bildirir. Atatürk buna bərk əsəbləşərək etiraz edir: "Nə gözəl millət vəkilliyidir bu".

"Dünyəvilik adam olmaq deməkdir"

Böyük Millət Məclisinin ilk iclasında məclis üzvlərindən biri dünyəviliyin nə məna verdiyini anlamadığını bildirir. Atatürk buna çox əsəbiləşir və əlini tribunaya vuraraq belə cavab verir: "Dünyəvilik adam olmaq deməkdir, hocam, adam olmaq".

Xarici dilləri sevirdi

Məktəb ilərində öyrəndiyi fransız dilini sonradan daha mükəmməl şəkildə örənməyə başlayır. Çox zəngin xarici dil bazası vardı. Adi söhbət edərkən belə, bilərəkdən araya fransız sözləri də əlavə edirdi.

Lobyadan mərcə girirdi

Qumar oynamağı sevmirdi. Ancaq bəzən dostları və kəndlilərlə lobyadan mərcə girərək qumar oynayırdı. Oyunun sonunda qalib gəlsə də, udduqlarını sahibinə qaytarırdı.

Tarix
2014.10.04 / 21:39
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla