Yuxarı

Mehdiyev göstəriş verdi, məsələ həllini tapdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası vətəndaşı, 1-ci qrup əlil Tural Əliyevdən 2016-cı ildə xaricdən sifariş etdiyi əlil arabasına görə gömrük orqanları tərəfindən 3 il sonra gömrük rüsumlarının tələb olunması barədə məlumat yayılıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, xaricdən gətirilən əlil arabalarına görə ödəniləcək gömrük vergi və rüsumları ilə bağlı mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb. Tural Əliyevin 2016-cı ildə gətirdiyi əlil arabası isə istisna hal kimi gömrük rüsumu alınmadan rəsmiləşdirilib. Son dövrlərdə gömrük sahəsində maliyyə-vergi intizamının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gömrük vergi və rüsumlarını ödəməyən şəxs və qurumlara yenidən müraciətlər olunur. Belə müraciətlərdən biri də Tural Əliyevə edilib.

Dövlət Gömrük Komitəsi bildirir ki, bu istiqamətdə hər hansı qanun pozuntusuna yol verilməyib. Belə ki, Gömrük Məcəlləsinin 249.1. maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.

Konkret Tural Əliyevin gətirdiyi əlil arabası ilə bağlı fakt üzrə isə sənədləşmə yenidən nəzərdən keçirilib və məsələ Dövlət Gömrük Komitəsi rəhbərliyinin xüsusi tapşırığı ilə artıq birdəfəlik müsbət həllini tapıb.

Tarix
2018.10.03 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Liderlər Şuşada - Fotolar

Əliyevlə Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto

Yermak: Tramp yalnız bununla müharibəni bitirə bilər

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla