Yuxarı

Ordumuzda yüngül atletika üzrə yarışlar keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda yüngül atletika üzrə yarışlar keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının arenasında keçirilən yarışların açılış mərasimində əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən polkovnik Sadiq Paşayev Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin fiziki hazırlığına daim diqqət yetirdiyini, yarışların keçirilməsində əsas məqsədin hərbi hissələrdə atletikanın daha da inkişaf etdirilməsinə yönəldiyini qeyd edib. Bildirilib ki, hərbi idmançılar döyüş hazırlığında, təlim mərkəzlərində göstərdikləri çevikliyi və peşəkarlığı ilə təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, beynəlxalq yarışlarda da yüksək nailiyyətlər əldə edirlər.

Beynəlxalq qaydalara uyğun olaraq keçirilən yarışda tərkibi 12 nəfərdən ibarət olmaqla 15 komanda iştirak edib. Birinciliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından təyin olunmuş hakimlər idarə ediblər.

Yarışların proqrama əsasən kişi və qadın idmançılar 100 metr, qadınlar 1000 metr, kişilər 3000 metr məsafəyə qaçış, hündürlüyə və uzununa tullanma, 4x400 metr məsafəyə estafet yarışında güclərini sınayıblar.

Yekunda qalib komanda və idmançılara kubok, medal və diplomlar təqdim edilib.

Tarix
2018.10.13 / 23:42
Müəllif
Axar.az
Digər xəbərlər

Elçibəyin İsrail-Azərbaycan münasibətləri barədə tarixi çıxışı

Bakıdan ABŞ-ın İrana hücumu ilə bağlı bəyanat

Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşdü

ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi

“İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir

ABŞ İranı vurdu – Ərdoğan və Putinin cavabı...

Tələyə düşən İranın qisası: Tehran Türkiyəni də vuracaq?

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla