Yuxarı

Kişilər də atalıq məzuniyyətinə çıxa biləcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda kişilərə də ödənişli atalıq məzuniyyətinin verilməsi təklif edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial siyasət şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov Xəzər Xəbər-ə açıqlamasında deyib ki, Əmək Məcəlləsində məzuniyyət "qismən ödənişli sosial məzuniyyət" adlanır və bu hüquq valideynə uşağın 3 yaşı tamam olana qədər veriləcək. Bu məzuniyyətdən həm kişilər, həm də qadınlar istifadə edə biləcəklər. Yəni qarşılıqlı razılıq əsasında məzuniyyət valideynlərdən birinə veriləcək. Layihədə artıq bu məzuniyyətə görə veriləcək məbləğlər də müəyyənləşdirilib.

Əbülfət Məhərrəmov bildirib ki, istər qadın, istərsə də kişi qismən ödənişli sosial məzuniyyət hüququndan hissə-hissə və növbəlilik prinsipi əsasında istifadə edə biləcəklər. Yəni məzuniyyətin bir hissəsindən ata, bir hissəsindən isə ana faydalana biləcək.

Əbülfət Məhərrəmovun sözlərinə görə, Əmək Məcəlləsində nəzərdə tutulan müddəaya əsasən, ödənişli sosial məzuniyyət hüququ özəl və dövlət büdcəsindən maliyyələşən müəssisədə eyni əsaslarla təmin edilir.

Vətəndaşlar uşaqların böyüməsində qadın və kişilərin məsuliyyəti bərabər olduğu üçün kişilərə də ödənişli atalıq məzuniyyəti verilməsini vacib hesab edirlər.

Qeyd edək ki, bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd edilib.

Qeyd edək ki, mövcud qanunvericilikdə atalara yalnız ödənişsiz əsaslarla atalıq məzuniyyətinin verilməsi nəzərdə tutulub.

Tarix
2018.11.01 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna xarici işlər naziri Bakıya gəlir

İlbər Ortaylıdan etiraf: Biz azərbaycanlıları görmürdük

Orban Əliyev və digər liderlərə belə təşəkkür etdi - Video

Prezidentin X hesabında Budapeşt səfərindən video yayıldı

İsrail və Türkiyə Bakı görüşündən sonra "qaynar xətt" yaratdı

İlham Əliyevin Budapeşt səfəri başa çatdı

Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan

Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?

İtaliyalı general Bakıda HDQ-ni ziyarət etdi - Video

ADY nümayəndələri Çində forumda iştirak etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla