Yuxarı

Gənc alimlərə xüsusi mükafatlar veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc alimlərə xüsusi mükafatlar veriləcək

Azərbaycanda impakt indeksli elmi jurnallarda çox sayda məqalələr çap etdirən gənc alimlərə xüsusi mükafatların verilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə gənc alim və mütəxəssislərin I beynəlxalq konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məqsədlə AMEA büdcə vəsaiti hesabına müsabiqə elan etməyi planlaşdırır. AMEA-nın Rəyasət Heyəti bu yaxınlarda gənc alimlərə stimul vermək üçün mükafatları açıqlayacaq: "Biz müsabiqələr elan edirik ki, gənc alimlər üçün stimul yaransın. İmpakt indeksli elmi jurnallarda alimlərin məqalələri nə qədər çox olarsa, biz də alimlərə o qədər xüsusi mükafatalar ayırmaq niyyətindəyik".

A.Əlizadə qeyd edib ki, bu gün Azərbaycanda gənc alimlər üçün prioritet istqamətlər energetika, biotexnologiya, tibb sahəsi ola bilər.

Akademiya prezidenti hesab edir ki, bu gün gənc alimlərin imkanları çoxdur. Son 2-3 il ərzində AMEA institutlarında, elmi təşkilatlarında və digər başqa təhsil müəssisələrində sovet dövründən qalmış cihazlar yeniləri ilə əvəz edilib. Bu isə gənc alim üçün yaradılan əsas imkandır.

Tarix
2014.10.15 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla