Yuxarı

Nazirlik məktəblilərlə birgə peşə seçəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik məktəblilərlə birgə peşə seçəcək

Məktəblilərin düzgün ixtisas seçimi məqsədilə nazirlik peşəyönümlü tədbirlərə start verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti ümumtəhsil məktəblərində peşəyönümü tədbirlərini valideynlərin iştirakı ilə keçirir.

Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən məktəblərdə yuxarı sinif şagirdləri və valideynlərinin iştirakı ilə "Düzgün ixtisas seçimində valideynlərin rolu" mövzusunda peşəyönümü tədbirlərinə başlanıb. İlkin olaraq paytaxtın Sabunçu rayonundakı 107, 310, 68 və 259 saylı orta ümumtəhsil məktəblərində 9-11-ci sinif şagirdləri və onların valideynlərinin iştirakı ilə belə tədbirlər keçirilib. Tədbirlərdə valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr haqqında ətraflı məlumatlar verilir. Tədbirlərdə məktəblilərə gələcəkdə düzgün peşə seçmənin yolları öyrədilir. Bunun üçün şagirdlərə və valideynlərə peşəyönümünə dair məlumat kitabçaları da paylanır.

Gələn ayın sonunadək belə tədbirlərin paytaxtın bütün rayonları üzrə ümumilikdə 55 məktəbdə keçirilməsi nəzərdə tutulub.

Tarix
2014.10.24 / 00:52
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

Prezident Meloninin şərəfinə şam yeməyi verdi

Paşinyan Ərdoğanın müavini ilə görüşündən yazdı

Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı

Speys TV-nin yeni rəhbəri danışdı: Hədəfimiz böyükdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla