Yuxarı

Amerikalı müşavir Gömrük Komitəsində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amerikalı müşavir Gömrük Komitəsində - Foto

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması, gömrük rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verib.

Görüşdə Azərbaycan-Gürcüstan sərhədində tikilməsi planlaşdırılan və “one stop” prinsipinə əsaslanan “İpək Yolu” gömrük-sərhəd keçid məntəqəsində texniki ehtiyaclarla bağlı ABŞ tərəfinin təcrübəsindən yararlanmağın mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, sözügedən gömrük-sərhəd keçid məntəqəsinin istifadəyə verilməsi Qara dənizlə Xəzər dənizi arasında yüklərin maneəsiz və sürətli daşınmasına münbit şərait yaradacaq.

Sonra nümayəndə heyət Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzi ilə tanış olub.

Qonaqlara Mərkəzin fəaliyyət istiqamətləri, imkanları, gömrük-sərhəd keçid məntəqələrində istismar edilən yük yoxlama sistemləri və baxış texnikası vasitəsilə əldə edilən təsvirlərə ikinci nəzarətin həyata keçirilməsi və digər məsələlər barədə məlumat verilib. Eyni zamanda, ABŞ tərəfindən reallaşdırılan müxtəlif layihələr çərçivəsində Azərbaycan gömrük orqanlarına texniki dəstəyin göstərilməsi, gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində beynəlxalq treninqlərin təşkili və yaxın gələcəkdə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, beynəlxalq dəniz limanlarında gömrük işinin təkmilləşdirilməsi və bu sahədə ABŞ-da əldə edilən qabaqcıl təcrübənin öyrənilməsi imkanları müzakirə edilib.

Tarix
2018.12.05 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla