Yuxarı

Bakı sakini Şevardnadzenin maşınını satır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı sakini Şevardnadzenin maşınını satır - Video

Bakıda bir vaxtlar SSRİ-nin iki nazirinin istifadəsində olmuş antikvar avtomobil satılır. Sovet dövrünün ən uzun müddətli xarici işlər naziri olmuş Andrey Qromikonun avtomobili sonradan onun xələfi Eduard Şevardnadzeyə keçir. İllər keçdikdən sonra isə həmin avtomobili Bakı sakini alaraq özündə saxlayır. Hazırda isə avtomobilin sahibi Emin Məmmədov sürməyə və qulluq etməyə vaxtı olmadığından öz antikvar "Çayka"sını satır.

"Xəzər Xəbər"in məlumatına görə, maşında mini bar, televizor, kamera, kondisoner mövcuddur. 40-a yaxın yaşı olan avtomobildə rahatlıq üçün demək olar ki, bütün imkanlar var. "Çayka" 12 ilə yaxındır ki, Bakı sakini Emin Nəbiyevdədir.

Emin Nəbiyev antikvar avtomobili auksion vasitəsi ilə Rusiyadan alıb. Aldıqdan sonra interyerində və bəzi hissələrində dəyişiklik edərək avtomobili zavod istehsalından da yaxşı vəziyyətə gətirib.

Avtomobil texniki göstəricilərinə görə də müasir avtomobillərdən heç də geri qalmır. Avtomat transmissiyalı mühərrik 8 silindirə malikdir.

Emin Nəbiyev deyir ki, avtomobili satmasının əsas səbəbi onu sürməyə və qulluq etməyə vaxtının olmamasıdır. O, avtomobili retro maşınlara marağı olan şəxsə satmaq istəyir.

Qeyd edək ki, "QAZ-14" markalı avtomobildən cəmi 1114 ədəd istehsal olunub. Hazırda isə Azərbaycanda bu modelin sayı 10-dan çox deyil.

Tarix
2018.12.16 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla