Yuxarı

Ərəb şeyxlərinin Salyanda ov – Sirri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəb şeyxlərinin Salyanda ov – Sirri

Ötən ayın son günü ərəb vətəndaşlarının Salyanda növbəti dəfə qanunsuz ov etməsi faktı aşkarlandı. 2009-cu ildən Muğan bölgəsində kök salan ərəb şeyxlərinin bu zonada ov etməsinin sirri heç yerdə görmədikləri quşların olmasıdır.

Axar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları 2009 və 2012-ci illərdə reyd keçirərək ərəb şeyxlərinin qanunsuz ovunu aşkarlayıb. Amma bu ərəb şahzadələrinin hərəkətlərinə son qoymağa yetərli olmayıb. Növbəti belə əməliyyat oktyabrın 31-də həyata keçirilib.

Məlumata görə, ərəb şeyxlərinin və neft zənginlərinin Azərbaycanda belə dəbdəbəli ov mərasimləri düzənləməsi qızılquş və şahinlərlə bağlıdır.

Qeyd edək ki, son əməliyyat zamanı Ağgöl Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 4 xarici ölkə vətəndaşı saxlanılaraq barələrində qanuna müvafiq tədbirlər görülüb.

Belə ki, Ağgöl Milli Parkının ərazisinə daxil olmaq istəyən, içərisində İraq vətəndaşları Jamal Ahmed Salm və İmad Alabersan Hlailin olduğu 90 SR 229 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı müxtəlif ov vasitələri və tələ müəyyən olunaraq götürülüb.

Milli Parkın ərazisində keçirilən növbəti reyd zamanı isə içərisində 2 Suriya Ərəb Respublikası vətəndaşı - Jamal Akil Mahfouz və Jomaa Aljodeia Khatabın olduğu 90 TD 576 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil saxlanılıb. Avtomobildən quş ovlamaq üçün lazım olan çoxlu sayda vasitələr aşkar edilərək götürülüb.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada, hər biri 2000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində cərimə olunub və həmin məbləğin ödənilməsi təmin edilib.

Tarix
2014.11.05 / 01:24
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla