Yuxarı

Vəzifəli şəxsin işi Ağır Cinayətlərə göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəzifəli şəxsin işi Ağır Cinayətlərə göndərildi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Grand Motors" MMC-nin vəzifəli şəxsi tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, istintaq zamanı MMC-nin vəzifəli şəxsi Samir İbadullayevin qulluq mövqeyindən sui-istifadə etməklə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakininin "Grand Motors" MMC-dən lizinq yolu ilə aldığı avtomaşınlara görə 176 min 450 manat məbləğində ödədiyi vəsaitin 120 min 150 manatını sonuncunun adına cəmiyyətin mühasibatlığında açılmış hesaba mədaxil etməyərək ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2014.11.05 / 16:17
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla