Yuxarı

Bakıda silahlı dəstənin törədəcəyi cinayət məlum oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda silahlı dəstənin törədəcəyi cinayət məlum oldu - Foto

Bakıda silahlı basqın hazırlayan dəstə zərərsizləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin qabaqlayıcı, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-na keçən gecə, Neapol küçəsində yaşayan vətəndaşa qarşı silahlı basqına hazırlaşmaqda şübhəli bilinən – Bakı şəhər sakinləri – 1986-cı il təvəllüdlü Rahib Hüseynov, əvvəllər məhkum olunmuşlar – 1967-ci il təvəllüdlü Elşən Rəhimov, 1977-ci il təvəllüdlü Natiq Yusifov, 1991-ci il təvəllüdlü Nahid Allahverdiyev və 1981-ci il təvəllüdlü C.İsmayılov tutulublar.

Keçirilən ilkin əməliyyat- istintaq tədbirləri ilə E.Rəhimovdan 0,175 qram heroin, 1 cüt əlcək, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Yusifovdan 0,176 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, N.Allahverdiyevdən 0,178 qram heroin, 1 ədəd "Baykal" MK 654 markalı pnevmatik tapança, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd beşbarmaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, R.Hüseynovdan 0,170 qram heroin, soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq, maska tipli 1 ədəd gözlük açılmış papaq, C.İsmayılovdan 0,161 qram heroin və , soyuq silah kimi istifadəsi nəzərdə tutulan 1 ədəd bıçaq götürülüb.

İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, cinayətin planını dəstənin fəalı Elşən Rəhimov hazırlayıb. O, tanışı Natiq Yusifova tapşırıb ki, quldurluq etmək üçün gözəgəlimli evlər tapsın. Natiq Yusifov bir neçə gün müşahidələr apardıqdan sonra Elşən Rəhimovu Neapol küçəsində yerləşən evlərdən birinin yaxınlığına gətirərək ünvanı göstərib.

Dəstə üzvləri gecə saatlarında özləri ilə pnevmatik tapança, beşbarmaq, bıçaq, maska, əlcək, yapışqan lent də götürərək quldurluq edəcəkləri evin yaxınlığına gəliblər. Onlar gecə yarısı başlarına maska keçirərək quldur basqınına başlamaq istəyiblər. Lakin əməliyyatçılar onları yerindəcə yaxalayıblar. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Dəstə üzvlərinin ehtimal olunan digər cinayətləri araşdırılır.

Tarix
2014.11.11 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla