Yuxarı

Həftənin müdhiş cinayətləri: qatilin qəribə zəngi, nənə qızılları və... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həftənin müdhiş cinayətləri: qatilin qəribə zəngi, nənə qızılları və... - Video

Ötən həftə üç kriminal hadisə ilə geridə qaldı.

Axar.az xəbər verir ki, Bakı, Gəncə və Lənkəranda baş verən cinayət hadisələri bir-birindən kəskin fərqlənsə də, motivlər qatil olmağa heç bir əsas verməyib.

Əvvəlcə, paytaxtda ölüm faktı qeydə alınıb. Özünü xəstəxanaya Ramin adı ilə təqdim edən şəxsin qarın boşluğunda kəsilmiş-deşilmiş yara müəyyənləşib və o bu diaqnozla cərrahiyyə otağına yerləşdirilib. Əməliyyat zamanı onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma zamanı qətlə yetirilən şəxsin 36 yaşı olduğu, Gəncə prospekti ev 54, mənzil 75 ünvanında yaşayan Bədəlov Kamil Sürət oğlu olduğu müəyyənləşib. Məlum olub ki, tanışı Əhmədov Ədalət Füzuli oğlu aralarında yaranan mübahisə zəminində onu qətlə yetirib. Hadisə yerindən qaçan qatil Azərbaycanın dövlət sərhədini keçmək üçün Gürcüstana getmək istəyib, lakin polis əməkdaşları tərəfindən yaxalanıb.

APA TV-yə açıqlama verən Ə. Əhmədov hadisənin təfərrüatlarını danışıb: "Bir bıçaq vurdum, sonra getdim. Səhər zəng etdim ki, görüm necədir, telefonunu polis götürdü, dedi ki ölüb".

***

Növbəti cinayət Xaçmazda olub. Qatil bu dəfə əllərini qana buladığına görə həbsxanadan qurtula bilməyəcək. Çünki əvvəllər nənəsinin evindən qızıl-zinət əşyaları oğurladığına görə həbs olunan, sonradan icbari cəza almış Əlihüseyn Fətullayevi uzunmüddətli həbs həyatı gözləyir. O, Xaçmazda 92 saylı texniki peşə liseyinin qarşısında qonşuluqda yaşayan 18 yaşlı Polad Rafiq oğlu Nəbiyevi bıçaqla qətlə yetirib.

***

Lənkəranda isə güllələnmə hadisəsi baş verib. Şəhərin H.Aslanov xiyabanında 1 saylı binanın 32 saylı mənzilində yaşayan 66 yaşlı Fəxrəddin Heydərovu ailə üzvləri ağır yaralı halda tapıb. O dərhal təcili yardım maşını ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Ev sahiblərinin ilkin istintaqa verdiyi məlumata görə, Fəxrəddin Heydərov özünə yivli ov tüfəngi ilə atəş açıb. Faktı araşdıran Lənkəran rayon Prokurorluğunda istintaq sirri olduğuna görə heç bir açıqlama verilməyib və araşdırma aparıldığı bildirilib. Hadisənin intihara cəhd və ya qətl olduğu, nə səbəbdən baş verdiyi aparılan istintaqın gedişində məlum olacaq. Əməliyyat edilən F.Heydərovun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Tarix
2014.11.16 / 14:57
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla