Yuxarı

İrandan Azərbaycana narkotik daşınır - Həbs

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan Azərbaycana narkotik daşınır - Həbs

Dövlət Gömrük Komitəsinin Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaq mal yolu ilə gətirilmiş narkotik vasitələrin satılacağı barədə əməliyyat məlumatı daxil olub.

Komitədən AzərTAc-a bildiriblər ki, bu məqsədlə yaradılmış əməliyyat qrupu DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində birgə tədbir həyata keçirib. Əməliyyat zamanı Elməddin Rzayev şərti alıcıya narkotik vasitəni - həşiş qətranını satarkən saxlanılıb. Baxış zamanı ümumi çəkisi 4 kiloqram 600 qram olan narkotik vasitə aşkar olunaraq protokol əsasında götürülüb.

Araşdırılma zamanı E.Rzayev törətdiyi qanunsuz əməlləri etiraf edib, aşkar olunan külli miqdarda narkotik vasitəni İrandan əldə edərək satmaq məqsədilə Azərbaycana qaçaq mal yolu ilə gətirdiyini bildirib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Tarix
2014.11.17 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla