Yuxarı

Qızına telefon ötürmək istəyən ana tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qızına telefon ötürmək istəyən ana tutuldu

Bakıda məhkum qızı ilə qısamüddətli görüşə gəlmiş ananın üzərində telefon tapılıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Gülşən Rauf qızı Zamanovanın yanına qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhəri sakini Xurşud Böyük qızı Zamanovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı qara rəngli əl çantasının içərisindən 1 ədəd "Nokia" markalı və daxilində 1 ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Gülşən Zamanova Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Tarix
2014.11.20 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla