Yuxarı

Ağcabədidə bir kişi 54 nəfərə təcavüz edib? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağcabədidə bir kişi 54 nəfərə təcavüz edib? - Rəsmi

Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun 46 yaşlı sakininin 54 nəfəri zorlaması barədə yayılan xəbəri təkzib edir.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən - 1968-ci il təvəllüdlü Gülmalıyev Əli Gülmalı oğlunun guya 54 nəfəri zorlamasına dair həqiqəti əks etdirməyən məlumatlar dərc edilib: "Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib edilir və bununla əlaqədar bildiririk ki, həmin cinayət işi üzrə 2 nəfər zərər çəkmiş şəxs qismində tanınıb, Əli Gülmalıyev isə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2014.11.20 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla