Yuxarı

Rəsmi: Restoran sahibini 4 maskalı güllələyib - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsmi: Restoran sahibini 4 maskalı güllələyib - Yeniləndi

13:00

Bu gün Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, noyabrın 24-də saat 05.00 radələrində Qəbələ şəhər Mirzə Ələkbər Sabir küçəsində 1967-ci il təvəllüdlü Vahid Rəşid oğlu Vahabov özünə məxsus mənzildə qətlə yetirilib. O, naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla öldürülüb.

Hazırda qətlin səbəbi və hadisəni törədənlərin tapılması istiqamətində araşdırma aparılır.

Qəbələdən Arqument.Az-a daxil olan məlumata görə, qətlə yetirilən Vahid Vahabov Qəbələdəki məşhur "Orman" restoranının sahibidir.

Onun gecəyarı maskalı şəxslər tərəfindən qətlə yetirildiyi iddia olunur. Məlumatda vurğulanır ki, qanlı olay Qəbələdə ciddi rezonans doğurub.

***

14:24

Öldürülən şəxsin "Orman deyil", "Soyuq bulaq" restoranının sahibi olduğu məlum olub.

Bu haqda tanınmış jurnalist Nazlı Ağayeva öz Feysbuk hesabında məlumat verib:

"Bu gecə səhərə yaxın Qəbələdə qətl baş verib.

Restoranlardan birinin "Soyuq bulağ"ın sahibi (Rəşid doktorun oğlu kimi tanıdığımız) Vahidi evində - deyilənə görə, arvadının gözü qarşısında güllələyiblər".

16:21

Qəbələ şəhər sakini V.Vahabovun evinə silahlı basqın etmiş naməlum şəxslər onu qətlə yetirərək hadisə yerini tərk ediblər.

Daxili işlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, noyabrın 24-də Qəbələ şəhərində şəhər sakini Vahid Vahabovun yaşadığı evə girmiş 4 maskalı şəxs pul verməsini tələb etmiş, istədiklərinə nail olmadıqda ov tüfəngindən atəş açaraq onu qətlə yetirib hadisə yerini tərk ediblər.

Qəblə RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Tarix
2014.11.24 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla