Yuxarı

Qətllərin regional sirri: Yenə Şəki, yenə Goranboy…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətllərin regional sirri: Yenə Şəki, yenə Goranboy…

Azərbaycanda ailə-məişət zəminində baş verən dəhşətli qətllərin regional mistikası yaranmağa başlayır.

Axar.az yada salır ki, oktyabr ayında Goranboyda kürəkənin arvadı başda olmaqla 7 nəfəri yer üzündən silməsi, əslən Şəkidən olan qızın bacısının başını kəsməsi noyabrda da bir başqa motivlərlə qeydə alınıb. Bu cinayət hadisələri də Şəkidə və Goranboyda olub.

Şəkidə orta məktəb müəlliməsi, 38 yaşlı Validə Zamanova dərsə gedərkən keçmiş həyat yoldaşı Vüqar ona hücum edib. Kişi qadını bıçaqlayıb. Onun ağzını bıçaqla cırıb və yerə yıxıb. Daha sonra keçmiş həyat yoldaşı müəllimin boğazını kəsib.

Bu hadisə məktəbin həyətində baş verib. Müəllimin şagirdləri və digər müəllimlər haraya yetişiblər. Onlar Vüqarı zərərsizləşdiriblər. Bu səbəbdən də kişi keçmiş arvadının başını kəsə bilməyib. Amma boğazını kəsməyə müvəffəq olub.

Qeyd edək ki, Validə Zamanova ilə Vüqar ailəli olublar. Onların bu nikahdan bir qızları var. Onlar arasında narazılıq yaranıb və boşanıblar. Boşanan zaman kişi qadını döyüb. Bu səbəbdən də müəllim polisə şikayət edib. Həyat yoldaşını döydüyü üçün kişi həbs edilib. Onun bu yaxınlarda həbsdən çıxdığı bildirilir. Keçmiş arvadını bıçaqlayan şəxs saxlanılıb.

***

Goranboyun isə bu dəfə Səfikürd yox, Qaradağlı kəndində qətl hadisəsi baş verib. Kənd sakini, 1930-cu il təvəllüdlü Tahir Allahverdi oğlu Məmmədov və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Sona Hüseyn qızı Məmmədovanın meyitləri yaşadıqları evdə aşkarlanıb. Meyitlərin üzərində zorakılıq əlamətləri müşahidə olunub.

Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir. Kifayət qədər yaşlı olan şəxslərin qətl edilməsi ehtimal yaradır ki, hadisə qarət, tamah məqsədi ilə törədilib.

Tarix
2014.11.25 / 00:28
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla