Yuxarı

Goranboy qatili yenə kürəkən çıxdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Goranboy qatili yenə kürəkən çıxdı - Foto

İki gün əvvəl Goranboyun Qaradağlı kəndində qətlə yetirilən 80 və 82 yaşlı ər-arvadın qatili yaxalanıb. Bu cinayətlə bağlı yazmışdıq ki, hadisə tamah məqsədi ilə törədilib. Artıq ehtimal təsdiqini tapıb.

ANS-in məlumatına görə, qatil ailənin keçmiş kürəkəni Sübhay İbrahimovdur. Sübhay təqribən 1 il əvvəl Məmmədovlar ailəsinin ruhi xəstə olduğu deyilən qızı ilə ailə qurub. Bu evlilik cəmi bir gün çəkib və qadın atasının evinə qayıdıb.

Qocaları qətlə yetirən zaman sərxoş olan S.İbrahimov istintaqa ifadəsi zamanı onları tamah məqsədilə öldürdüyünü təsdiq edib. Gecə saatlarında keçmiş qayınatasının evinə gələrək ondan pul tələb edib, rədd cavabı aldıqda isə əvvəlcə Tahir Məmmədovu, daha sonra isə Sona Məmmədovanı yumruqla vurub.

80 yaşlı qarı Sübhayı polisə xəbər verəcəyi ilə hədələdikdə isə həyətdəki balta ilə əvvəlcə Tahir Məmmədovu, daha sonra isə onun həyat yoldaşını qətlə yetirib.

"Baltayla sandığın ağzını açdım, dəsmala bükülü 30 manat pul var idi, o pulu götürdüm, arxa evin qapısını açdım. Baxdım, heç nə yoxdu, 30 manatı götürdüm çıxdım", - qatil deyib.

Hüquq mühafizə orqanları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Goranboyun Totan kəndindən olan 39 yaşlı Sübhay İbrahimov Göygöl rayonu ərazisində saxlanılıb.

Faktla bağlı Goranboy Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsiylə cinayət işi açılıb.
Qeyd edək ki, bundan qabaq da Goranboyun Səfikürd kəndində kürəkən Rafiq Hüseynov qayınanasını, arvadını və daha 5 nəfəri öldürmüşdü.

Tarix
2014.11.25 / 23:38
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla