Yuxarı

Asif Yusifli niyə həbs edilib - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Asif Yusifli niyə həbs edilib - Rəsmi

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin həbs olunması ilə bağlı məsələyə Daxili İşlər Nazirliyi aydınlıq gətirib.

DİN mətbuat xidmətindən Axar.az-a daxil olan məlumata görə, Asif Yusifli Fəridə Zülfüqarovanın 7700 manat pulunu mənimsəməkdə ittiham edilir.

Belə ki, F.Zülfüqarovanın 7700 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaqdan yayınan Bakı şəhər sakini Asif Yusifov saxlanılıb.

Saxlanılan şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.

Tarix
2014.11.27 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla