Yuxarı

Gəncədə itkin qadının meyiti tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə itkin qadının meyiti tapıldı

24 oktyabr 2014-cü il tarixdə itkin düşmüş Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü, Gəncə şəhər Təcili tibbi yardım stansiyasında tibb bacısı işləmiş Mayılova Svetlana Kamal qızının qəsdən öldürülməsi müəyyən olunub.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, noyabrın 28-də şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyev Rauf Ruman oğlu Gəncə şəhər Baş Polis İdarəsinə gələrək S.Mayılovanı öldürüb meyitini Goranboy rayonu, Qaradağlı kəndində valideynlərinə məxsus evin tövləsində basdırdığını bildirilib.

Həmin məlumat əsasında şəhər Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları dərhal qeyd edilən ünvana gəlmiş və S.Mayılovanın meyiti R.Əliyevin göstərdiyi yerdə aşkar olunaraq çıxarılıb.

Fakta bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, cinayətin törədilməsində şübhəli bilinən R.Əliyev tutulmuşdur. Sonuncunun deməsinə görə o, S.Mayılovanı oktyabrın 24-də aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qəsdən öldürmüş və hadisədən 4 gün sonra cinayəti gizlətmək məqsədi ilə S. Mayılovanın meyitini atasına məxsus "QAZ-24" markalı avtomobillə Goranboy rayonunun Qaradağlı kəndinə gətirərək tövlədə basdırıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Tarix
2014.11.29 / 12:04
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla