Yuxarı

Xırdalanda gecə yarısı zorakılıqla qadını soydular

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xırdalanda gecə yarısı zorakılıqla qadını soydular

Gecə evə gizlicə daxil olan maskalı şəxslər qadına qarşı zorakılıq edərək onu soyublar.

Axar.az xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib. Dekabrın 1-i gecə saat 4-də 3 nəfər şəxs idman papaqlarından hazırlanmış maska taxaraq 1959-cu il təvəllüdlü Validə Əsgərovanın evinə girib. V.Əsgərovanın Q.Qarayev küçəsində yerləşən fərdi ikimərtəbəli yaşayış evinin 2-ci qatındakı nəfəsliyin pəncərəsindən içəri daxil olan maskalılar həmin vaxt yataq otağında olan zərərçəkənin ağzını skoçla bağlayıblar. Bundan sonra qadının həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hərəkətləri tətbiq edən quldurlar qadının əlindən 2 ədəd - hər birinin dəyəri 1000 manat olan üzüyü çıxarıblar. Bundan başqa yataq otağında olan dolabın üstündən hər birinin dəyəri 300 manat olan "Nokia 72 E" və "Bləkberri" ("Blackberry") markalı mobil telefonları da götürüblər.

Faktla bağlı Abşeron rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə cinayət işi açılıb.

Tarix
2014.12.03 / 20:58
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla