Yuxarı

Bu rayonlarda qaz kəmərləri yenidən qurulur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rayonlarda qaz kəmərləri yenidən qurulur

Abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür.

“Azəriqaz”dan Axar.az-a verilən məlumata görə, Bakı şəhərində və ətraf qəsəbələrdə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması istiqamətdə işlərin icrası davam etdirilir.

Dinamik artan qaz tələbatını və qaz təchizatı şəbəkəsinin mövcud texniki vəziyyətini nəzərə almaqla qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi, əhali abonentlərində dövlət yoxlaması vaxtı bitmiş qaz sayğaclarının yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəz olunması istiqamətində intensiv işlər aparılır. Paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Xətai rayonu Rəşid Bağırov, Qafqaz və Nazim Şükürov küçələrində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri, yeni qaz kəmərləri çəkiməsi və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur. Belə ki,qeyd olunan küçələr üzrə qaz kəmərlərinin əsaslı təmiri və yenidənqurulması məqsədi ilə müxtəlif diametrli borularla 10 000 metrdən artıq qaz xətləri çəkilmiş,hazırda qaz sayğaclarının yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması işləri aparılır.

Xətai rayonu ərazisində aparılan yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan 4 500-ə yaxın təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.

Tarix
2019.04.16 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

Tokayev: Bakı və İrəvan arasında sülh...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla