Yuxarı

Aptek müdirinin başını çəkiclə əzdilər – Qarət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aptek müdirinin başını çəkiclə əzdilər – Qarət

Gədəbəydə aptek müdirini vurub, sonra da qarət ediblər.

Trend-in məlumata görə, Gədəbəydə üzü maskalı şəxs aptek müdirinin başına çəkiclə vuraraq onu qarət edib. Hadisə rayonun mərkəzində baş verib. Rayon sakini 65 yaşlı Əfraim Hacıyev axşam işlədiyi apteki bağlayıb evə gedərkən üzü maskalı bir nəfər arxadan ona yaxınlaşaraq başına çəkiclə 3-4 zərbə vuraraq yerə yıxıb. Daha sonra o Əfraim Hacıyevi bıçaqla hədələyib və üstündəki bütün pulları götürərək hadisə yerindən qaçıb.

Başından yaralanan Əfraim Hacıyev isə evə gəlib və yaxınları hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə və rayon polis idarəsinə məlumat verib. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatalogiya şöbəsinə gətirilib və başı rentgen olunub. Həkimlər Əfraim Hacıyevin vəziyyətinin yaxşı olduğu bildirirlər.

Hadisəni törədənin kimliyi araşdılır.

Tarix
2014.12.07 / 03:17
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla