Yuxarı

Gömrükdə qaçaqmal telefonlar aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə qaçaqmal telefonlar aşkarlandı

Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Babayev İsa Sabir oğlunun etibarnamə ilə idarə etdiyi "MerSedes Benz" markalı, 10 LD 955 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin mühərrik sisteminin yanından və avtomobilin yük yerindən 1.889 ədəd pirotexniki vasitələr və 43 ədəd müxtəlif markalı mobil telefonlar, Rusiyadan Gürcüstan ərazisindən tranzit keçməklə Azərbaycana idxal nəqliyyat xətti ilə gələn Rusiya vətəndaşı Qorodinskiy Artur Alekseyeviçin idarə etdiyi "Lada 219110" markalı, M 908 TA 161 dövlət qeydiyyat nişanlı minik avtomobilinə isə gömrük baxışı zamanı həmin avtomobilin yük yerindən və avtomobilin salonundan 1 ədəd dəyənək, 213 ədəd müxtəlif markalı mobil telefon və mobil telefon üçün 176 ədəd aksesuar gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək saxlanılıb.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Tarix
2014.12.10 / 12:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla