Yuxarı

“Zığ bağları”nda sirli qətllər, öldürülən İntima və qatil nənə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Zığ bağları”nda sirli qətllər, öldürülən İntima və qatil nənə

Bu həftə Azərbaycanda iki amansız qətl hadisəsi diqqəti çəkdi.

Axar.az həftənin krimxronkasına nəzər salaraq qeyd edir ki, ilk növbədə nənənin gəlini və nəvəsini öldürməsi ən tükürpərdici cinayət kimi yadda qaldı.

Dekabrın 10-da Zığ bağları adlanan yerdə kirayədə yaşayan Şərqiyyə Hüseynova gəlini 1994-cü il təvəllüdlü Elnarə Nəcəfovanın gicgahına daş parçası ilə bir neçə dəfə vurub. Nəticədə gəlini zərbələrdən ölüb. Qadın daha sonra nəvəsi Emilyanı da boğaraq öldürüb.

"Son bir neçə ay idi ki, Şərqiyyə Hüseynova psixi problemləri olduğuna görə müalicə alırdı, dərmanlar atırdı".

Bunu qatilin adının çəkilməsini istəməyən bacısı oğlu bildirib. Onun sözlərinə görə, indiyədək bu ailədə heç vaxt söz-söhbət, narazılıq olmayıb:

"Bir ilə yaxın idi ki, Gürcüstandan gəlib burada kirayə qalırdılar. Oğlunun toyuna qədər Şərqiyyə Hüseynovanın səhhəti də normal idi. Lakin son bir neçə ayda Şərqiyyə Hüseynovanın səhhətində psixoloji problemlər yarandı. Buna görə o, müalicə alırdı, dərmanlar atırdı".

***

Bakının Suraxanı rayon sakinləri nənənin törətdiyi dəhşətli qətlin şokundan ayılmamış daha bir qanlı cinayət baş verdi. Yenə də "Zığ bağları" adlanan yaşayış məntəqəsində ər boşandığı arvadını qanına qəltan edib. Araşdırmalar zamanı qətlin hansı səbəbdən baş verdiyi məlum olub. Belə ki, 1989-cu il təvəllüdlü Elşən İlqar oğlu Mehdiyev keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü İntima Bandit qızı Salmanovanı qısqanclıq üstündə xüsusi amansızlıqla öldürüb.

Hadisə baş verən gün Elşən Mehdiyev keçmiş arvadı İntima Salmanova ilə "Zığ bağları" adlanan yaşayış məntəqəsində xarabaxanalıqda görüşüb. Görüş zamanı onların arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi qadına çoxlu bıçaq zərbəsi vurub.

Daha sonra qadın ölmədiyi üçün onu boğub. Sonra isə hadisə yerini tərk edib. Bir neçə saat sonra isə Suraxanı Rayon Polis İdarəsi 30-cu polis bölməsinə gedərək təslim olub. Saxlanılan Elşən Mehdiyev verdiyi ifadədə bildirib ki, keçmiş arvadını qısqanclıq zəminində öldürüb. O bildirib ki, qadın yüngül həyat tərzi keçirirmiş. Qeyd edək ki, qadının 5 yaşlı oğlu var.

Tarix
2014.12.13 / 23:18
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla