Yuxarı

Narkotik daşıyan ana və qızı saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotik daşıyan ana və qızı saxlanıldı

Azərbaycan gömrükçüləri daxili orqanlarında, ümumilikdə 400 qramdan artıq narkotik vasitəni ölkə sərhəddindən keçirmək istəyən daha 2 qadını saxlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, fakt Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda aşkar edilib.

İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşları Şahsuvarova Fəridə Məmməd qızı və Şahsuvarova Səyyarə Elxan qızı saxlanılaraq onların üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı Şahsuvarova Səyyarə Elxan qızından gömrük nəzarətindən gizlədilmiş uzunsov formalı bükümlərdə ümumi xalis çəkisi 149,038 qram narkotik vasitə-heroin və xalis çəkisi 3,971 qram psixotrop maddə-metamfetamin, Şahsuvarova Fəridə Məmməd qızından isə ümumi xalis çəkisi 251,688 qram narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı təəssüfdoğurucu hal isə ondan ibarətdir ki, Şahsuvarova Fəridə Məmməd qızı Şahsuvarova Səyyarə Elxan qızının anasıdır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, son dövrdə Azərbaycan Respublikasının gömrük sərhədindən narkotik vasitələri keçirmək istəyən narkokuryerlər arasında qadınlara tez tez rast gəlinir.

Tarix
2014.12.17 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla