Yuxarı

Dostunu öldürüb soyuducuda basdıran qatil yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dostunu öldürüb soyuducuda basdıran qatil yaxalandı

Dekabrın 16-da saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində həyətyanı sahədə yerə basdırılmış soyuducuda bədəni üzərində zorakılıq əlamətləri olan 1988-ci il təvəllüdlü Seyidov Əli Səfər oğlunun meyitinin aşkar edilməsi ilə bağlı Baş Prokurorluq məlumat yayıb.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Dekabrın 17-də əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Səmədov Hafiz Feruz oğlu Sabunçu RPİ-yə könüllü gələrək Ə.Seyidovu öldürməsini etiraf edib və o, şübhəli şəxs qismində tutulub. İstintaqla müəyyən edilib ki, 10 dekabr 2014-cü il tarixdə H.Səmədov tanışı Ə.Seyidovla Ramana qəsəbəsində kirayədə yaşadığı yeni tikilidə birlikdə narkotik vasitə qəbul edərkən şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı H.Səmədov Ə.Seyidovun baş nahiyəsinə dəmir boru ilə sifət və boyun nahiyyələrinə xəsarət yetirərək qəsdən öldürüb, sonra isə onun başına selofan torba keçirib, meyiti evdə olan soyuducunun içərisinə yerləşdirərək, "Qazel" markalı avtomobillə qonşuluqda yeni kirayə tutduğu evin həyətyanı sahəsində basdırıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2014.12.17 / 17:53
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla