Yuxarı

Bakıda külli miqdarda narkotik vasitə aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda külli miqdarda narkotik vasitə aşkarlandı

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında külli miqdarda narkotik vasitənin alışı-verişinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin ölkə ərazisində bir qrup şəxs tərəfindən realizə olunacağı barədə Biləsuvar Gömrük İdarəsi Gömrükhüquqpozmalarına qarşı mübarizə şöbəsindən əməliyyat məlumatı daxil olmuşdur. Daxili İşlər Nazirliyi Baş Narkotiklərə Mübarizə İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbiri zamanı Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında "Mercedes Benz E230" markalı minik avtomobilini idarə edən Məmmədov Nicat Elşən oğlu şərti alıcı qismində çıxış edən əməkdaşa sellofan torbada olan narkotik vasitələri təhvil verərkən saxlanılmışdır. Daha sonra əməliyyat tədbirləri davam etdirilmiş, cinayətkar qrupun digər üzvləri-Əhmədov Elşən Əhməd oğlu və Abdullayev Ramil İsgəndər oğlu yaxalanmışdır.

Müvafiq araşdırılma aparıldıqdan sonra sellofan torbaya hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və oradan şəffaf polietilenə bükülmüş, yapışqanlı lentlə sarınmış şəkildə spesifik rəngə və qoxuya malik,ümumi çəkisi1 kiloqram 985 qram narkotik vasitə-tiryəkvəümumi çəkisi 2 kiloqram 20 qram narkotik vasitə -həşiş qətranı aşkar edilmişdir.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2014.12.19 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə nələri müzakirə etdi?

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

Pezeşkiandan Əliyevə: Dil, din, tarix ortaqlığı...

Şahabuddin İlham Əliyevi təbrik etdi

İƏT baş katibi İlham Əliyevə təbrik məktubu ünvanladı

BTQ istismara verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla