Yuxarı

Gəncədə müdhiş oğurluq: Sevgilisini qarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə müdhiş oğurluq: Sevgilisini qarət etdi

Gəncə şəhər sakini Evelina Rumyanstsevanın yaşadığı ünvandan 17 min manat və 2900 ABŞ dolları nağd pul, eləcə də 4800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Axar.az xəbər verir ki, zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis oğrunun kənar adam olmadığını üzə çıxarıb. Müəyyən edilib ki, həmin pulu və qızıl-zinət əşyalarını Evelina Rumyanstsevanın qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı İlqar Şərifov oğurlayıb.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi Samir Rüstəmov cinayətkarın oğurladığı pulları avtomobil qarajında gizlətdiyini bildirib.

Saxlanılan İlqar Şərifov sevgilisinin evindən oğurluq etməsini etiraf edib. O bildirib ki, Evelina Rumyanstsevanın avtomobil almasına etiraz əlaməti olaraq bu yola əl atıb. Şərifov vəfasız məhəbbətindən də gileylənib: "O niyyətlə götürdüm ki, qadın maşın almaq istəyiridi. Amma mən qoymurdum. Fikirləşirdim ki, hadisə olar uşaq yetim qalar. Sevmək Leyli və Məcnun vaxtında olurdu. Ona yalnız uşağımın anası kimi hörmət edirəm".

Tarix
2014.12.20 / 18:49
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla