Yuxarı

Un dəyirmanında törədilən qətlin üstü açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Un dəyirmanında törədilən qətlin üstü açıldı

Göyçay rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, avqustun 13-də saat 02 radələrində Göyçay rayonu Alpout kənd sakini, 1958-ci il təvəllüdlü Abbasov Sahib Sabir oğlunun meyiti aşkarlanıb. Meyitə baxış zamanı onun güllələnərək öldürülməsi aşkarlanıb və fakt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon Polis Şöbəsinin və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayonu, Bəydövül kənd sakini Xudiyev Ələsgər Xudu oğlu saxlanılıb.

İstintaq zamanı Ə.Xudiyevin qeyd edilən tarixdə rayonun Alpout kəndində yerləşən un dəyirmanının həyətində S.Abbasovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus TOZ-25 markalı ov tüfəngilə sonuncuya 4 dəfə atəş açdığı müəyyənləşib. Ə.Xudiyev barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Tarix
2014.12.22 / 16:52
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla