Yuxarı

46 yaşlı qadını qətlə yetirən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
46 yaşlı qadını qətlə yetirən şəxs tutuldu

İmişli rayonunda 46 yaşlı qadına çoxlu sayda bıçaq xəsarətləri yetirərək qətlə yetirən şəxs həbs edilib.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, 12 yanvar 2014-cü il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkün, 1968-ci il təvəllüdlü Səfərova Reyhan Cümşüd qızının yaşadığı evin yaxınlığında çoxsaylı bıçaq xəsarətləri ilə meyitinin aşkar edilməsi faktına görə İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə təxirəsalınmaz istintaq hərəkətləri aparılıb, o cümlədən çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək rəylər alınıb və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.

Rayon hüquq mühafizə orqanlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1985-ci il təvəllüdlü, İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Kazımov Zülfü Vaqif oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

İstintaq zamanı Z.Kazımov istintaqa məlum olan şəxslə qabaqcadan əlbir olub R.Səfərovanı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri ilə öldürməsini etiraf edib və ona Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayəti törətmiş digər şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2014.12.22 / 19:09
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla