Yuxarı

Lerik qatilinin ailəsi haqda son xəbər - Özəl /Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lerik qatilinin ailəsi haqda son xəbər - Özəl /Foto

"Lerik qətliamını"nı törədən Camaləddin Surətovun məmur atası bölgədə kifayət qədər tanınan ziyalıdır.

Axar.az-ın araşdırmasına görə, qatilin valideyni Cəbrayıl Surətov 1946-cı ildə Lerikin Perzəkücə kəndində anadan olub. 1967-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

Həmin ildə Monidigah kənd tam orta məktəbinə müəllim təyin olunub. 1984-cü ildən Lerik Rayon Təhsil Şöbəsində çalışır. 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi " medalına layiq görülüb. Dəfələrlə Təhsil Nazirliyinin, rayon icra hakimiyyətinin, təhsil şöbəsinin fəxri fərmanlarını alıb. Hazırda Lerik rayon Təhsil Şöbəsinin müdir müavinidir.

Qeyd edək ki, onun oğlu dekabrın 23-də qayınanası Laləni, arvadı Məhsətini odlu silahla qətlə yetirib. Hadisədən sonra uşaqlarını özü ilə götürərək doğulduğu Pirzəküçə kəndinə yollanıb. Daha sonra orada özünü də ölümcül yaralayıb. Xəstəxanaya çatdırılan C.Surətovun həyatını xilas etmək mümkün olmayıb. Qatil Sumqayıda işləyib, iki gün öncə isə ailəsinin yanına rayona qayıdıb.

Tarix
2014.12.23 / 22:34
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla