Yuxarı

Azərbaycanlı milyarder vəkil Elman Paşayevi döydürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı milyarder vəkil Elman Paşayevi döydürdü

Moskvada yaşayan azərbaycanlı vəkil Elman Paşayev vəhşicəsinə döyülüb.

Bu barədə Axar.az-a mötəbər mənbədən məlumat daxil olub. Məlumata görə, Paşayevi "Yevropeyskiy" Ticarət Mərkəzinə çağıran azərbaycanlı milyarder Qod Nisanov onu kabinetindəcə əvvəl mühafizəçilərinə döydürüb, sonra isə özü döyüb.

Məlumata görə, Paşayev rusiyalı oliqarx, "Redisson-Slavyanskaya" otelinin direktor müavini Mixail Vasilyevin xanımı Qalina Vasilyevanın hüquqlarını müdafiə edirmiş. Əri ilə boşanması barədə məhkəməyə müraciət edən xanım Vasilyeva onunla təzminat davası aparır.

Mixail Vasilyev isə Elman Paşayevə təzyiq göstərmək üçün əslən Qubadan olan milyarder Qod Nisanova müraciət edib.

Onu sahibi olduğu "Yevropeyskiy" ticərət mərkəzinə çağıran Nisanov vəkillikdən imtina etməsini istəyib. Paşayev isə razılaşmayıb. Belə olan halda onu vəhşicəsinə döyüblər.

Qeyd edək ki, bir müddət öncə "Virtualaz.org" saytı Rusiyanın "Pravo.ru" saytına istinadən Paşayevin döyüldükdən sonra Rusiya İstintaq Komitəsinə etdiyi şikayətin cavabsız qaldığı haqqında informasiya yaymışdı.

Tarix
2014.12.29 / 14:49
Müəllif
Ceyhun Səmədov
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla