Yuxarı

Cənubda qətl seriası: daha bir dəhşət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənubda qətl seriası: daha bir dəhşət

Astara rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kakalos kəndində qeydə alınıb. Kənd sakini, 36 yaşlı İsmayıl Əkbərov şəxsi münaqişə zəminində həyat yoldaşını öldürüb.

O, əvvəlcə 31 yaşlı Aytən Nurullayevanın başına dəmir boru ilə ağır zərbələr vurub. Daha sonra arvadının ürəyinə çoxsaylı bıçaq zərbələri endirib. Aytən Nurullayeva aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisəni törədən İsmayıl Əkbərov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. O, bu əməlini qısqanclıq zəminində törətdiyini etiraf edib. Qadının meyiti isə müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Şöbəsinə aparılıb.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Bildirək ki, son həftələrdə cənub bölgəsi baş verən amansız qətllərlə ölkə gündəmindədir. Bir neçə gün öncə Lerik rayonunda Camaləddin Surətovun şəxsi münaqişə zəminində qayınanası Laləni və həyat yoldaşı Məhsətini odlu silahla qətlə yetirməsi, Lənkəranda 2 yaşlı oğlunu boğaraq öldürən ananın həyat tərzi və nəhayət, Lənkəran şəhərində 1987-ci il təvəllüdlü Cəbrayıl Ağayevin şəxsi münaqişə zəminində həmyerliləri olan iki qardaşı - 1989-cu il təvəllüdlü Camal və 1988-ci il təvəllüdlü Kamal Zakir oğlu Məmmədovları bıçaqlaması baş verən silsilə cinayətlər sırasındadır.

Tarix
2014.12.30 / 01:08
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla