Yuxarı

Cədvəl təsdiqləndi: kim nə qədər maaş alacaq? - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cədvəl təsdiqləndi: kim nə qədər maaş alacaq? - Siyahı

Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən respublikamızda minimum aylıq əmək haqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Axar.az-a verilən məlumata görə, sərəncamın icrası olaraq əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılaraq həmin işçilər üçün yeni VTC təsdiq edilib.

Əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

Yeni VTC-də tarif (vəzifə) maaaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib və bu VTC-nin tətbiqinə 1 sentyabr 2019-cu il tarixindən başlanacaq.

Dövlət başçısının qeyd edilən Sərəncamının icrası olaraq, Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 346 nömrəli qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40% artırılıb. Təhsilverənlərin və təhsilalanların kateqoriyasından asılı olaraq müəyyən edilmiş saathesabı ödəniş məbləğlərinin tətbiqi 1 sentyabr 2019-cu il tarixindən həyata keçiriləcək.

Həmçinin Sərəncamın icrası olaraq, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə maaşları orta hesabla 40%-dən çox artırılaraq dövlət orqanlarının kateqoriyaları üzrə 260-310 manat intervalında müəyyən edilib. Bu aylıq vəzifə maaşlarının tətbiqinə də sentyabrın 1-dən başlanacaq.

Tarix
2019.08.10 / 10:57
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla