Yuxarı

Bu sahədə işləyənlərin də maaşları artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Axar.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, bu sahədə baş direktorun maaşı 644 manatdan 910 manata, baş direktorun müavininin maaşı 561 manatdan 790 manata, baş mühasibin maaşı 484 manatdan 675 manata, tibb sahəsində həkim ixtisası tələb olunan şöbə müdirinin maaşı 435 manatdan 605 manata, digər profilli şöbə müdirinin maaşı 424 manatdan 590 manata, mərkəzin (birliyin) aparatında şöbə rəisi-məhkəmə-tibb eksperti, şöbə rəisi-patoloq-anatomun maaşı 435 manatdan 609 manata, şəhər (rayon), regional qurumlarda aparatında şöbə rəisi-məhkəmə-tibb eksperti, şöbə rəisi-patoloq-anatomun maaşı 407 manatdan 565 manata, mərkəzin (birliyin) aparatında məhkəmə-tibb eksperti, məhkəmə eksperti, patoloq-anatom, ekspert-kriminalistin maaşı 418 manatdan 580 manata, şəhər (rayon), regional qurumlarda məhkəmə-tibb eksperti, məhkəmə eksperti, patoloq-anatom, ekspert-kriminalistin maaşı 374 manatdan 520 manata, ekspert-həkim, ekspert, həkimin maaşı 418 manatdan 580 manata, Mülki Müdafiə Qərargahının rəisi, baş mühasibin müavininin maaşı 385 manatdan 540 manata, baş tibb bacısı, mütəxəssis, baş laborant (ali təhsilli), mühəndis-proqramlaşdırıcının maaşı 292 manatdan 405 manata, böyük tibb bacısı, böyük laborantın maaşı 242 manatdan 340 manata, laborant, rentgen-laborant, texnik-laborant, fotolaborant, fotoqraf, dispetçer, arxiv müdiri, tibb qeydiyyatçısı, əmək terapiyası üzrə təlimatçı, kiçik tibb bacısı, dəftərxana müdiri, anbar müdirinin maaşı 210 manatdan 310 manata, xəzinədar, kompüter operatoru, katibə-kompüter operatoru maaşı 210 manatdan 295 manata, ekspeditorun, arxivçinin maaşı 180 manatdan 295 manata, sanitar-bufetçi, sanitar, növbətçi sanitar, bağban, gözətçi, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşı 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Tarix
2019.08.11 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

Elçibəyin İsrail-Azərbaycan münasibətləri barədə tarixi çıxışı

Bakıdan ABŞ-ın İrana hücumu ilə bağlı bəyanat

Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşdü

ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi

“İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir

ABŞ İranı vurdu – Ərdoğan və Putinin cavabı...

Tələyə düşən İranın qisası: Tehran Türkiyəni də vuracaq?

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla