Yuxarı

Bakıda baş kəsən qatil həbs edildi - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda baş kəsən qatil həbs edildi - Yeniləndi

20:06

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Bakının mərkəzində baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıblar.

Axar.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 6-da paytaxtın Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs tərəfindən Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Nəticədə H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Polis və prokurorluq orqanlarının həyata keçirdikləri operativ tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxsin Bakı şəhərində yaşayan Elçin Çobanov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

21:12

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində ötən gün "Sahil bağı"nda 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovu qətlə yetirən və 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğluna bıçaqla xəsarət yetirən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov həbs edilib.

Tarix
2015.01.07 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla