Yuxarı

“Eternity-2019” təlimi başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Eternity-2019” təlimi başladı

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin başlanması ilə əlaqədar brifinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edənlər keçirilən təlimin hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsində və uzlaşmanın təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar.

Qeyd olunub ki, hər üç ölkənin ərazisindən keçən beynəlxalq əhəmiyyətli birgə strateji layihələrin təhlükəsizliyinin təmin olunması üzrə iştirakçıların biliklərinin artırılmasında, onların əməliyyat, təlim və analitik bacarıqlarının inkişaf etdirilməsində, həmçinin mühafizə fəaliyyətini həyata keçirən bölmələr arasında qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsində bu təlim mühüm əhəmiyyət kəsb edir.

Tarix
2019.09.02 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla