Yuxarı

Prezident dedi ki, get Məclisə və... nöqtə! – Baş nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Baş naziri vəzifəsinə təyinatım gözlənilməz oldu.

Axar.az xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov "Speys" televiziyasında yayımlanan “Sadə həqiqətlər” verilişində qonaq olarkən deyib. O bildirib ki, belə bir təklifin olacağını heç vaxt təsəvvür belə etməyib:

“Ona görə də mənim üçün hamıdan çox gözlənilməz oldu. Hər şey qəfil baş verdi...

Seçkilərdən sonra hamımız məmnunluq içərisində idik. Doğrudan da seçkilər çox yaxşı keçmişdi. Seçkilərdən sonra Prezident İlham Əliyev dedi ki, sənin Baş nazir vəzifəsinə namizədliyini təklif edirəm. Elə vəziyyətdə qaldım ki, bu, mümkün olan şey deyil, mən bunu bacarmaram. Dedim ki, mən sizin etibarınızı doğrulda bilmərəm, mənim üçün çətin olar.

Dövlət başçısı bildirdi ki, bir neçə namizədi var, biri də mənəm. Düzünü deyim, bu söz məni bir qədər rahatlatdı. Bir dəfə də belə söhbətimiz oldu, Prezident mənə dedi ki, fikirləş. Həddindən artıq çətin vəziyyətdə idim. Düşünürdüm ki, birdən bu qərar qəbul edilsə, mən necə edəcəyəm? Düşünürdüm ki, böyük etimaddır, öhdəsindən necə gələcəyəm? Sonra Prezident zəng edib dedi ki, sabah Milli Məclisə gedirsən, nöqtə! Mən də başqa bir söz demədim. Böyük etimaddır, yükümü daha da çoxaldır. Amma ora getdim. Çıxışlar oldu, mən də çıxış etdim. Dedim ki, indiyə qədər mətbuata açıq olmuşam, hamıya danışmışam, bundan sonra işləmək lazımdır”.

Baş nazir müsahibəsində vəzifədə olan hər kəsi məsuliyyətli olmağa çağırıb:

“Dövlət başçısı məni hansısa vəzifəyə təyin edirsə, deməli, mənə inanır, düşünür ki, etimadı doğruldacam. Prezidentin istəyi odur ki, Azərbaycan qüdrətli, müasir dövlətə çevrilsin. Biz bu istiqamətdə möhtəşəm yol keçmişik. Buna baxmayaraq, beynəlxalq aləmdə o qədər mürəkkəb proseslər baş verir ki... Biz öz suverenliyimizi, müstəqilliyimizi, milli maraqlarımızı qorumalıyıq. Bunun üçün də dövlətimizi gücləndirməli, möhkəmləndirməliyik, ölkədə bütün sahələri inkişaf etdirməliyik. Bunu isə bir insan etməli deyil, birlikdə çalışmalıyıq. Üzdə başqa, ürəkdə başqa cür olmaq düzgün deyil. Bu, bizə yaraşmaz. Hansısa dövlət agentliyinin, xidmətin rəhbəriyəmsə, vətəni sevərək işləməliyəm”.

Tarix
2019.09.09 / 14:49
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla